Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoy şəhərində “İnqilab şəhidləri” abidəsini ziyarət edib.
MSNews.az xəbər verir ki, ziyarət zamanı abidənin qarşısında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyaraq Vyetnamın inqilab şəhidlərinin xatirəsini ehtiramla yad edib.
Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 19-da Vyetnama rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan və Vyetnam arasında ikitərəfli münasibətlərin inkişafı gündəmdədir.






