Məleykə Abbaszadə BDU-nun rektoru təyin edildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Məleykə Abbaszadəni Bakı Dövlət Universitetinin rektoru təyin edib. O, Dövlət İmtahan Mərkəzinin rəhbəri vəzifəsindən azad edilib. Elçin Babayev isə BDU rektoru postundan çıxarılıb.

34

Azərbaycan Prezidenti İlham Əliyev Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

MSNews.az xəbər verir ki, 19 noyabr 2026-cı il tarixli sərəncama əsasən, Məleykə Mehdi qızı Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək BDU-nun rektoru təyin olunub.

Prezidentin digər sərəncamı ilə Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, Məleykə Abbaszadə 2000–2016-cı illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib. 2016-cı ildən Dövlət İmtahan Mərkəzinin sədri, 2024-cü ildən isə qurumun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Elçin Babayev isə 2019-cu ildə BDU-nun rektoru təyin edilmiş, 2024-cü ildə yenidən bu vəzifəyə təyinat almışdı.