İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib

Prezident İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. Nahardan sonra dövlət başçıları Heydər Əliyevin 1986-cı ildə Laosa səfəri zamanı çəkilmiş tarixi fotolarla tanış olublar.

58

Oktyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. Nahardan sonra dövlət başçıları Ümummilli Lider Heydər Əliyevin 40 il əvvəl Laosa səfəri zamanı çəkilmiş tarixi fotolara baxıblar.

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi internet saytında məlumat yayıb.

Məlumata əsasən, rəsmi nahardan sonra Azərbaycan və Laos prezidentləri, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan 1986-cı ilə aid fotoşəkillərlə tanış olublar.

Fotolarda Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə Laosa səfəri çərçivəsində həmin ölkənin Nazirlər Sovetinin ovaxtkı sədri Keyson Fomfihanla görüşü əks olunub.

Diqqətçəkən məqam isə həmin tarixi görüşdə iştirak edən Keyson Fomfihanın hazırda Laosun Baş nazirinin müavini və xarici işlər naziri vəzifəsini tutan Tonqsavan Fomfihanın atası olmasıdır.

Beləliklə, rəsmi nahardan sonra keçirilən bu tanışlıq zamanı Azərbaycan və Laos arasında 40 il əvvələ gedib çıxan tarixi təmaslar yada salınıb.

Qeyd edək ki, Laos Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində oktyabrın 13-də dövlət başçıları arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib, Birgə Bəyanat qəbul edilib və ikitərəfli əməkdaşlığa dair sənədlər mübadilə olunub.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.