İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib
Prezident İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. Nahardan sonra dövlət başçıları Heydər Əliyevin 1986-cı ildə Laosa səfəri zamanı çəkilmiş tarixi fotolarla tanış olublar.
Bakıda Efiopiya Baş naziri Abiy Əhməd Əlinin rəsmi qarşılanma mərasimi keçirildi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini rəsmi mərasimlə qarşılayıblar. Daha sonra qonaqların şərəfinə rəsmi nahar verilib.