Azərbaycan 2027-ci ildə MDB-də həmsədr, 2028-ci ildə isə sədr olacaq

Prezident İlham Əliyev Azərbaycanın 2027-ci ildə MDB-də həmsədr olacağını bildirib. Dövlət başçısı ölkənin 2028-ci ildə təşkilata sədrlik etməyə və MDB liderlərinin sammitini keçirməyə hazır olduğunu da açıqlayıb.

80

Azərbaycan 2027-ci ildə Müstəqil Dövlətlər Birliyində həmsədr kimi fəaliyyət göstərəcək. Prezident İlham Əliyev Azərbaycanın 2028-ci ildə isə MDB-yə sədrlik etməyə və həmin il təşkilatın Dövlət Başçıları Şurasının iclasını keçirməyə hazır olduğunu açıqlayıb.

MSNews.az xəbər verir ki, dövlət başçısı bu barədə oktyabrın 9-da Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı danışıb.

İlham Əliyev Azərbaycanın 2027-ci ildə MDB-də həmsədrliyinə dair qərarın dəstəklənməsinə görə iştirakçı dövlətlərə təşəkkür edib və bunu Azərbaycana göstərilən yüksək etimadın təzahürü kimi qiymətləndirib.

Prezident bildirib ki, Azərbaycan MDB çərçivəsində qarşıda duran ümumi vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyə hazırdır.

Dövlət başçısı eyni zamanda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ölkəsinin 2027-ci ildə MDB-yə sədrliyi dövründə uğurlar arzulayıb.

İlham Əliyev Azərbaycanın 2028-ci ildə MDB-yə sədrlik etməyə hazır olduğunu da açıqlayıb. O, həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasının Azərbaycanda təşkil olunmasının mümkünlüyünü qeyd edib.

Bu qərar Azərbaycanın MDB çərçivəsində siyasi və institusional rolunun daha da artacağını göstərir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.