Gürcüstan yəhudisi “Flydubai” kapitanının həyatını xilas etdi

“Flydubai”ın Dubay–Təl-Əviv FZ1073 reysində olan stomatoloq Şota Musayev hücuma məruz qalan kapitana ilkin tibbi yardım göstərərək qanaxmanı dayandırıb.

87

“Flydubai”ın Dubaydan Təl-Əvivə uçan FZ1073 reysində baş verən dramatik hadisənin yeni detalları məlum olub. Təyyarədə olan gürcü yəhudisi, israilli stomatoloq Şota Musayev hücuma məruz qalaraq ağır yaralanan kapitan Smit Machchhara ilkin tibbi yardım göstərib və onun güclü qanaxmasını dayandırmağa nail olub.

MSNews.az xəbər verir ki, göyərtədəki 174 sərnişin arasında yeganə həkim olan Musayev pilot kabinəsindən qışqırıq səslərini eşitdikdən sonra digər sərnişinlərlə birlikdə ön hissəyə qaçıb.

Musayevin sözlərinə görə, kabinəyə çatanda kapitanın vəziyyəti ağır olub, xüsusilə baş nahiyəsindən güclü qanaxma müşahidə edilib.

“The Times of Israel”-a danışan Musayev qanaxmanı dayandırmağa və kapitanın təzyiqini stabilləşdirməyə nail olduğunu bildirib. O, yaralı pilotu təyyarə yerə enənədək nəzarətdə saxlayıb.

Hadisə sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Boeing 737 MAX” təyyarəsində baş verib. “Reuters”in məlumatına görə, omanlı olduğu bildirilən ikinci pilot hindistanlı kapitan Smit Machchhara hücum edib. Təyyarə bundan sonra təxminən 14 min fut (4,3 kilometr) hündürlüyü 30 saniyəyə yaxın müddətdə itirib.

Yaralanmasına baxmayaraq, kapitanın huşunu itirməzdən əvvəl pilot kabinəsinin qapısını açmağa nail olduğu bildirilir. Sərnişin Yaniv Hayounun sözlərinə görə, bu addım sərnişinlərin kabinəyə daxil olaraq hücum edən şəxsi zərərsizləşdirməsinə imkan yaradıb.

Musayev də ilkin mərhələdə müdaxilə edən sərnişinlər arasında olub, daha sonra isə bütün diqqətini yaralı kapitana tibbi yardım göstərməyə yönəldib.

Təyyarədə sərnişin qismində olan “Flydubai”ın ehtiyat pilotları daha sonra idarəetməni ələ keçiriblər. Təyyarə Səudiyyə Ərəbistanının Tabuk hava limanına təhlükəsiz eniş edib. Şirkət ehtiyat ekipajın təyyarəni idarə etdiyini təsdiqləyib.

Kapitan Smit Maççhar xəstəxanaya yerləşdirilib və son məlumatlara görə vəziyyəti stabildir. Hücum edən ikinci pilot isə Səudiyyə Ərəbistanı hakimiyyətinin nəzarətinə götürülüb.

Hadisənin motivi ilə bağlı araşdırma davam edir. İsrail rəsmiləri bunun təyyarəni qəzaya uğratmaq cəhdi ola biləcəyini bildirirlər, lakin “Flydubai” və BƏƏ tərəfi araşdırma tamamlanmadan motivlə bağlı nəticə çıxarılmamasına çağırıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.