Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib

“Xural” qəzetinin təsisçisi və “Xural TV”nin rəhbəri Əvəz Zeynallı 56 yaşında vəfat edib. Jurnalist uzun müddət onkoloji xəstəlikdən müalicə olunurdu.

11

Tanınmış jurnalist, “Xural” qəzetinin təsisçisi və “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı sentyabrın 28-də 56 yaşında vəfat edib. Jurnalist uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi.

MSNews.az xəbər verir ki, jurnalistin vəfatı barədə onun vəkilləri məlumat yayıblar. TƏBİB-dən “Qafqazinfo”-nun sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 28-də saat 11:20 radələrində Bakı şəhərinin Sabunçu rayonunda yerləşən ünvana təcili tibbi yardım çağırılıb. Briqada tərəfindən bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Əvəz Zeynallı bir ildən artıq idi xərçəng xəstəliyindən müalicə olunurdu. Səhhətinin ağırlaşması ilə əlaqədar 25 aprel 2025-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsini çəkməkdən azad edilmişdi. Daha sonra jurnalist müalicə məqsədilə Türkiyəyə getmişdi.

Zeynallı 2022-ci ilin sentyabrında həbs edilmiş, 2024-cü ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Sonradan onun cəzası iki ay azaldılaraq 8 il 10 aya endirilmişdi. Jurnalist ona qarşı irəli sürülmüş ittihamları qəbul etmirdi və həbsini siyasi sifariş kimi qiymətləndirirdi.

Əvəz Zeynallı uzun illər Azərbaycan mediasında fəaliyyət göstərib, “Xural” qəzetinin təsisçisi və baş redaktoru, daha sonra isə “Xural TV”nin rəhbəri kimi ictimai-siyasi mövzularda verilişlər hazırlayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.