Tramp: “Putin və Zelenski qışa qədər razılaşa bilər”

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın sərt qış başlamazdan əvvəl razılaşma əldə edəcəyinə ümid etdiyini bildirib. Tramp eyni zamanda İranın Hörmüz boğazının açılmasını nəzərdə tutan son təklifini rədd edib.

13

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın gələcəkdə, mümkün olduğu halda sərt qış başlamazdan əvvəl razılaşma əldə edəcəyinə ümid etdiyini bildirib.

MSNews.az xəbər verir ki, Tramp sentyabrın 26-da Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən əsas məqsədinin Rusiya-Ukrayna müharibəsinin dayandırılması olduğunu vurğulayıb.

“Mən Zelenskinin Putinlə, Putinin də onunla razılaşmasını istəyirəm. Ümid edirəm ki, yaxın gələcəkdə, bəlkə də sərt qış başlamazdan əvvəl onlar razılaşma əldə edəcəklər”, – ABŞ prezidenti bildirib. 

Trampdan Zelenski ilə son görüşündə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər məsələsini müzakirə edib-etmədiyi də soruşulub. ABŞ prezidenti Zelenski ilə bir çox məsələni geniş müzakirə etdiyini desə də, raketlərin tədarükü ilə bağlı konkret qərarın detallarını açıqlamayıb. Zelenski isə bundan əvvəl Trampın Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziya verilməsi barədə qərar qəbul etdiyini bildirmişdi.

Tramp jurnalistlərlə söhbətində İranla bağlı vəziyyətə də toxunaraq Tehranın Hörmüz boğazının yenidən açılmasını və danışıqların bərpasını nəzərdə tutan son təklifini qəbul etmədiyini açıqlayıb. İran xarici işlər naziri Abbas Əraqçi təklifin Qətərin vasitəçiliyi ilə Vaşinqtona çatdırıldığını bildirmişdi.

“Reuters” agentliyinin məlumatına görə, İranın təşəbbüsü müəyyən şərtlər daxilində Hörmüz boğazının yeddi gün ərzində yenidən açılmasını və Yaxın Şərqdə döyüşlərin dayandırılmasını nəzərdə tuturdu. Tramp isə təklifin şərtlərinin ABŞ üçün qəbuledilməz olduğunu bildirib.

“Mən onların təklifini rədd edirəm. Onlar razılaşma əldə etmək istəyirlər və məncə, bu, normaldır. Mən də razılaşma əldə etməyi sevirəm, lakin bu razılaşma qəbuledilməz olardı”, – Tramp deyib. 

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.