Le Pen Rusiya ilə müharibə barədə xəbərdarlıq etdi

Fransanın “Milli Birlik” lideri Marin Le Pen Rusiya ilə birbaşa hərbi qarşıdurmanın riskləri barədə danışıb. O, Fransanın heç bir nüvə dövləti ilə müharibəyə girməsini istəmədiyini bildirib.

9

Fransanın “Milli Birlik” (RN) partiyasının lideri Marin Le Pen Rusiya ilə birbaşa hərbi qarşıdurmanın mümkün nəticələri barədə xəbərdarlıq edərək Fransanın heç bir nüvə dövləti ilə müharibəyə girməsini istəmədiyini bildirib.

MSNews.az xəbər verir ki, Le Pen Rusiyanın nüvə silahına malik dövlət olduğunu xüsusi vurğulayıb.

“Xatırlatmaq istəyirəm ki, Rusiya nüvə dövlətidir. Paris salonlarında Rusiyaya qarşı müharibəyə getməyin lazım olduğunu deyənləri görürəm. Şəxsən mən heç bir nüvə dövləti ilə müharibə etmək istəmirəm”, – Le Pen bildirib. Onun bu açıqlaması daha sonra öz sosial media hesabında da yayılıb.

Le Pen müsahibə zamanı Fransanın hazırda Rusiya ilə müharibə vəziyyətində olması fikri ilə razılaşmayıb. Onun sözlərinə görə, Ukraynadakı münaqişənin genişlənməsinə səbəb ola biləcək məsələlər barədə “yüngül şəkildə” danışmaq olmaz və əsas məqsəd diplomatik həll yolunun tapılması olmalıdır.

Fransalı siyasətçi Ukraynadakı müharibənin dayandırılması üçün Parisin daha fəal diplomatik təşəbbüs göstərməli olduğunu da bildirib. O, Fransanın böyük sülh konfransının təşkilatçılarından biri olmasını arzuladığını deyib.

Le Pen eyni tədbirdə Ukraynaya Fransadan birbaşa maliyyə yardımının davam etdirilməsinə qarşı olduğunu, lakin ukraynalı hərbçilərin hazırlanması və müəyyən hərbi dəstək formalarının saxlanmasını mümkün hesab etdiyini bildirib.

Onun açıqlamaları Fransada Rusiya ilə bağlı təhlükəsizlik müzakirələrinin gücləndiyi bir vaxtda səslənib. Prezident Emmanuel Makron sentyabrın 18-də siyasi partiya və prezidentliyə namizədlərin nümayəndələrini Rusiyadan qaynaqlandığı bildirilən təhlükələr barədə məlumatlandırmaq üçün Yelisey sarayında görüşə çağırmışdı.

Bununla yanaşı, Le Pen və RN sədri Jordan Bardella bir neçə gün əvvəl Rusiyadan Fransaya qarşı mümkün müdaxilə və təzyiq cəhdlərini qəbuledilməz adlandırmışdılar. Kreml isə həmin ittihamları rədd edərək Rusiyanın Fransaya və ya digər Avropa ölkələrinə qarşı düşmən niyyətlərinin olmadığını bildirmişdi.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti