PKK/SDQ atəşkəsi pozdu – KÜTLƏVİ QƏTLLƏR VAR

"Clash Report"-un məlumatına görə, SDQ/PKK atəşkəsi pozaraq Əl-Şəddadini ələ keçirib. Raqqa və Həsekedə kütləvi qətllər barədə iddialar var.

173

Məlumata görə, Suriya Demokratik Qüvvələri (SDQ) atəşkəsi pozaraq əks-hücuma keçib və Əl-Şəddadi şəhərini nəzarətə götürüblər. Bu barədə “Clash Report” məlumat yayıb.

Bildirilir ki, SDQ/PKK silahlıları RaqqaHaseke vilayətlərində kütləvi qətllər və etnik təmizləmə həyata keçirir. İlkin məlumatlara əsasən, hadisələr nəticəsində 300-dən çox dinc sakin həlak olub.

Yerli mənbələr sosial şəbəkələrdə SDQ silahlılarının Raqqada Suriya hökumət qüvvələrinə qarşı pusqu qurduğunu iddia edən videogörüntülər yayımlayıblar. Videonun həqiqiliyi və detalları hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Hadisə bölgədə gərginliyin yenidən artmasına səbəb olub.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.