Braziliya Kubokunun “Kruzeyro” və “Atletiko Mineyro” komandaları arasında keçirilən final oyunu qalmaqallı hadisələrlə yadda qalıb. Qarşılaşmanın son dəqiqələrində baş verən kütləvi dava nəticəsində hakim rekord sayda qırmızı vərəqə göstərib.
“Kruzeyro” və “Atletiko Mineyro” komandaları arasında keçirilən Braziliya Kubokunun finalı oyunun sonlarında baş verən kütləvi qarşıdurma ilə başa çatıb.
Matçın final fitinə yaxın futbolçular və texniki heyət arasında başlayan mübahisə qısa müddətdə kütləvi davaya çevrilib. Bir neçə dəqiqə ərzində meydanda futbolçular və məşqçilər arasında ciddi qarşıdurma yaşanıb.

Hadisə zamanı hakim ümumilikdə 23 qırmızı vərəqə göstərib ki, bu da Braziliya futbolunda nadir hallarda rast gəlinən hadisələrdən biri hesab olunur.
Qarşıdurmada Sankt-Peterburq “Zenit”inin keçmiş futbolçuları – Jerson, Mateo Kassierra və Hulk da iştirak ediblər. Bildirilir ki, Hulk dava zamanı rəqib futbolçulardan birinə arxadan zərbə endirib və nəticədə o, yerə yıxılıb.
Gərgin hadisələrə baxmayaraq, matçın nəticəsinə görə Braziliya Kubokunun qalibi “Kruzeyro” olub.