100 illik elmi mübahisə: Eynşteynin yanıldığı ortaya çıxdı

Çinli fiziklər Eynşteyn ilə Bor arasında 100 ildən artıq davam edən kvant mexanikası mübahisəsini real təcrübə ilə həll edib və Eynşteynin bəzi iddialarının səhv olduğunu göstəriblər.

113

Çinli fiziklərin apardığı təcrübələr nəticəsində Albert Eynşteyn ilə Nils Bor arasında 100 ildən artıq davam edən kvant mexanikası mübahisəsində Eynşteynin bir iddiasının yanlış olduğu göstərilib.

1920‑ci illərdə Eynşteyn kvant mexanikasının bəzi aspektlərinə dair bir “düşüncə təcrübəsi” təklif etmiş, dalğa‑parçacıq dualizmi ilə bağlı müəyyən ssenarilərdə işığın eyni anda həm dalğa, həm də parçacıq kimi müşahidə edilə biləcəyini iddia etmişdi. Çin alimləri bu ideyanı real laboratoriya şəraitində həyata keçirərək Nils Borun “tamamlayıcılıq prinsipi”nin doğru olduğunu təsdiqləyiblər. Bu prinsipə görə, kvant sistemi xüsusiyyətləri — məsələn işığın dalğa və parçacıq təbiəti — eyni anda müşahidə oluna bilməz. Beləliklə, uzun illər davam edən mübahisə konkret təcrübə nəticələri ilə aydınlaşdırılıb və Eynşteynin bəzi proqnozlarının kvant mexanikasının əsas prediksiyaları ilə uyğun gəlmədiyi üzə çıxıb.

Bu nəticə kvant fizikasının tarixində əhəmiyyətli bir dönəm nöqtəsidir və klassik fizikanın əfsanəvi siması sayılan Eynşteynin bəzi iddialarını yenidən qiymətləndirməyə imkan verir.