Türkiyəli cinayətkar dəstə Rusiyanın sifarişi ilə Polşada təxribat törədib?

Almaniya mediasının məlumatına görə, Türkiyənin “Daltonlar” cinayətkar qruplaşması Rusiya xüsusi xidmətlərinin sifarişi ilə Polşadakı “Starlink” stansiyasının yandırılmasında iştirak etmiş ola bilər.

22

Türkiyənin “Daltonlar” mütəşəkkil cinayətkar qruplaşmasının Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə Polşada “Starlink” peyk rabitəsi stansiyasının yandırılmasında iştirak etmiş ola biləcəyi bildirilir.

MSNews.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri bir neçə Avropa ölkəsindəki müstəqil mənbələrə istinadən məlumat yayıb.

Araşdırmanın təfərrüatlarını “Euronews” də dərc edib.

Hadisə sentyabrın 23-də Varşavadan təxminən 50 kilometr cənubda yerləşən Volya-Krobovska kəndində baş verib. Yanğın nəticəsində “Starlink” stansiyasının enerji təchizatı sistemi və ehtiyat generatoru zədələnib.

Polşanın təhlükəsizlik qurumları hadisəni qəsdən törədilmiş təxribat kimi qiymətləndiriblər. Ölkənin prokurorluğu hücumun Rusiya xüsusi xidmətlərinin tapşırığı ilə həyata keçirilmiş ola biləcəyinə dair əsaslı şübhələrin mövcud olduğunu açıqlayıb.

İstintaq çərçivəsində Almaniyada yaşayan iki Türkiyə vətəndaşı saxlanılıb. “Der Spiegel”in məlumatına görə, 38 yaşlı Ümit E. və 34 yaşlı Müslüm T. “Daltonlar” qruplaşmasının üzvləri ola və ya onunla əlaqəli şəxslərin göstərişi əsasında hərəkət edə bilərlər.

Qruplaşma Türkiyə və Avropanın bir sıra ölkələrində hədə-qorxu ilə pul tələb etmə, silah alveri və sifarişli qətllərlə əlaqələndirilir.

Polşanın Daxili Təhlükəsizlik Agentliyinin oktyabrın 16-da yaydığı rəsmi məlumata əsasən, istintaq zamanı şübhəlilərin hərəkət marşrutları, müşahidə kameralarının görüntüləri, DNT və barmaq izi nümunələri araşdırılıb. Hər iki şəxs barəsində xarici kəşfiyyatın maraqlarına xidmət etmək və təxribat törətmək ittihamları irəli sürülüb.

“Reuters” agentliyinin məlumatına görə, hadisə ilə əlaqədar daha bir şübhəli şəxs də Almaniyada saxlanılıb. Polşa tərəfi hücumun Ukrayna ordusunun istifadə etdiyi rabitə infrastrukturuna zərbə vurmaq məqsədi daşıdığını ehtimal edir.
Bununla belə, “Daltonlar” qruplaşmasının hücumda iştirakı və hadisənin birbaşa Rusiya xüsusi xidmətləri tərəfindən təşkil edilməsi hələlik məhkəmə qaydasında sübuta yetirilməyib. İstintaq mümkün sifarişçilərin və digər iştirakçıların müəyyənləşdirilməsi istiqamətində davam edir.
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.