İtaliyalı siyasətçi: “Zelenski Avropanı bankomat hesab edir”

İtaliyanın Milli Gələcək Partiyasının lideri Roberto Vannaççi Zelenskinin Avropadan yeni maliyyə yardımı istəməsini tənqid edərək Ukraynaya vəsait ayrılmasının dayandırılmasına çağırıb.

17

İtaliyanın Milli Gələcək (Futuro Nazionale) Partiyasının lideri, sabiq general Roberto Vannaççi Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropadan əlavə maliyyə yardımı istəməsini sərt tənqid edib. O, Zelenskinin Avropanı özünün bankomatı kimi gördüyünü bildirib.

MSNews.az xəbər verir ki, Vannaççi bu barədə oktyabrın 17-də sosial şəbəkədə paylaşdığı videoda danışıb.

Onun açıqlamasını “The Epoch Times” və “Sardegnagol” nəşrləri yayıb.

Siyasətçi Zelenskinin Avropa İttifaqından yeni maliyyə dəstəyi istəməsinə münasibət bildirərək Avropa ölkələrinin Ukraynaya milyardlarla avro ayırmasını tənqid edib.

“Zelenski Avropanı Kiyevin bankomatı ilə səhv salıb. Ukraynaya daha pul ayrılmamalıdır”, – deyə Vannaççi bildirib.

O, İtaliyanın mövcud iqtisadi çətinliklər fonunda öz vətəndaşlarının ehtiyaclarını prioritet hesab etməli olduğunu vurğulayıb.

“Bu qiymətli vəsaitlər dolanışıq çətinliyi çəkən İtaliya vətəndaşlarına yönəldilməlidir. Lakin hakim sağ-mərkəz koalisiyası pulları Kiyevdəki korrupsionerlərə verməyə üstünlük verir”, – deyə siyasətçi iddia edib.

Vannaççi daha əvvəl də Ukraynaya davamlı maliyyə və hərbi yardım göstərilməsinə qarşı çıxıb. O, müharibənin uzanmasının Avropa iqtisadiyyatına mənfi təsir etdiyini və bunun əvəzini İtaliya vətəndaşlarının ödədiyini bildirib.

“ANSA” agentliyinin məlumatına görə, siyasətçi əvvəlki açıqlamalarında da müharibənin diplomatik yolla başa çatdırılmasının vacibliyini vurğulayaraq İtaliyanın milli maraqlarının ön plana çəkilməsini tələb edib.

Qeyd edək ki, Vannaççinin Ukraynaya ayrılan vəsaitlərin korrupsiyaya sərf olunması barədə ittihamları onun siyasi mövqeyini əks etdirir. Sözügedən vəsaitlərin qanunsuz mənimsənilməsi barədə bu açıqlamada konkret sübut təqdim edilməyib.
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.