Zelenskinin nitqi Türkiyəni qəzəbləndirdi

Ukrayna Prezidenti Zelenski Kiprdə türk varlığını görməzdən gələrək yunan tərəfini dəstəkləyən çıxış edib və bu addım diplomatik mübahisələrə yol açıb.

27

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı şurasının dönəm sədrliyinin Cənubi Kiprə keçməsi ilə əlaqədar təşkil olunan rəsmi mərasimdə çıxış edərək Kipr adasında yaşayan türk varlığını görməzdən gəlib və yunan rəhbərliyinin mövqeyinə dəstək verib.

Bu çıxış, diplomatik dairələrdə müzakirələrə səbəb olub. Zelenski çıxışında “Danimarka və Kiprin ərazi bütövlüyünə hörmət edirik və xahiş edirik, siz də Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edin” deyə vurğulayıb.

Bu addım, Türkiyə ilə Ukrayna arasında əlaqələrə də təsir göstərə biləcək diplomatik bir məsələ kimi qiymətləndirilir. Zelenskinin Rusiya ilə müharibə davam etdiyi bir vaxtda Türkiyədən hərbi və siyasi dəstək aldığını qeyd etməsinə baxmayaraq, Kipr mövzusunda bu şəkildə çıxış etməsi diqqət çəkir.