Təbrizin “Traktor” klubu Türkiyə və Azərbaycana müraciət etdi

Təbrizin “Traktor” futbol klubu İranda davam edən gərginlik fonunda Türkiyə və Azərbaycanı cənub bölgəsini qorumağa çağırıb. Qardaşları tək qoymayın!

387

Təbrizin “Traktor” klubu İranda davam edən hərbi gərginlik fonunda açıqlama yayıb və Türkiyə ilə Azərbaycanın diqqətinə çatdırıb ki, cənub bölgəsində vəziyyət kritikdir.

MSNews.az klubun “Facebook” platformasında etdiyi paylaşıma əsasən xəbər verir.

Klub bildirib ki, partlayışlar davam edir və mövcud rejim istənilən an çökmək riski daşıyır.

Bəyanatda qeyd olunur ki, rejimin yerinə cənubluların qəbul etmədiyi və türklərə qarşı düşmən olan qüvvələr gələ bilər, xüsusilə Pəhlevilər kimi qruplar. “Traktor” klubu Türkiyə və Azərbaycana çağırış edib ki, cənub bölgəsini qorumağa və bu ərazilərin düşmən qüvvələrin əlində keçməsinin qarşısını almağa tədbir görsünlər.

“Vaxt gəldi! Qardaşları tək qoymayın!” – deyə klubun açıqlamasında vurğulanıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.