Qətərin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Al Tani vəfat edib

Qətərin 1995–2013-cü illərdə əmiri olmuş Şeyx Həməd bin Xəlifə Al Tani 74 yaşında vəfat edib. Ölkədə dörd günlük matəm elan olunub, Prezident İlham Əliyev Qətər əmirinə başsağlığı məktubu göndərib.

11

Qətərin keçmiş əmiri və “Ata Əmir” titulunu daşıyan Şeyx Həməd bin Xəlifə Al Tani iyulun 12-də 74 yaşında vəfat edib.

MSNews.az xəbər verir ki, “Qətər Xəbər Agentliyi” Əmir Divanına istinadən Şeyx Həmədin bazar günü səhər saatlarında dünyasını dəyişdiyini açıqlayıb. Ölümün səbəbi barədə məlumat verilməyib. Rəsmi mənbələr onun yaşını 74 göstərir.

Qətərdə mərhum Ata Əmirin xatirəsinə iyulun 12-dən başlayaraq dörd günlük ümummilli matəm elan edilib. “Qətər Xəbər Agentliyi” bildirir ki, matəm dövründə ölkə üzrə bayraqlar yarıya endiriləcək. Nazirliklərdə, dövlət qurumlarında və ictimai müəssisələrdə iş iyulun 13-dən dayandırılacaq, əməkdaşlar iyulun 19-da işə qayıdacaqlar.

Azərbaycan Prezidenti İlham Əliyev Qətərin hazırkı əmiri Şeyx Təmim bin Həməd Al Taniyə başsağlığı məktubu ünvanlayıb.

Azərbaycan Prezidentinin rəsmi saytında yayımlanan məktubda deyilir:

“Atanız – görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq”.

İlham Əliyev mərhumun Qətər tarixində silinməz iz qoyduğunu, Azərbaycan–Qətər dostluq və əməkdaşlıq münasibətlərinin formalaşmasında mühüm xidmətlər göstərdiyini vurğulayıb.

Şeyx Həməd bin Xəlifə Al Tani 1995-ci ildən 2013-cü ilədək Qətərə rəhbərlik edib. O, 2013-cü ilin iyununda taxtdan könüllü şəkildə imtina edərək hakimiyyəti oğlu Şeyx Təmim bin Həməd Al Taniyə təhvil verib.

Onun hakimiyyəti dövründə Qətərin mayeləşdirilmiş təbii qaz sənayesi sürətlə inkişaf edib, ölkə qlobal investisiya və diplomatiya mərkəzlərindən birinə çevrilib. Şeyx Həməd “Əl-Cəzirə” telekanalının yaradılması, Qətərin beynəlxalq vasitəçilik rolunun gücləndirilməsi və 2022-ci il futbol üzrə dünya çempionatına ev sahibliyi hüququnun qazanılmasında mühüm rol oynayıb.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.