Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycanda rəsmi səfərdədir

Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycanda rəsmi qarşılanıb. Mərasimdə dövlət himnləri səsləndirilib və fəxri qarovul düzülüb.

120

Aprelin 22-də Azərbaycan Respublikasına səfər edən Latviya Prezidenti Edqars Rinkeviçs üçün rəsmi qarşılanma mərasimi keçirilib.

Rəsmi mərasimdə hər iki ölkənin dövlət bayraqları dalğalanıb, Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev qonağı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib, daha sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Ardınca Azərbaycan və Latviya nümayəndə heyətlərinin üzvləri dövlət başçılarına təqdim olunub.

Mərasim çərçivəsində fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Sonda Prezidentlər birgə rəsmi foto çəkdiriblər.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə təkbətək görüşü olub.

Səfərin Azərbaycan-Latviya münasibətlərinin inkişafı və ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olduğu qeyd olunur.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930