Qətərin DÇ-yə “muzdlu” azarkeşlər apardığı iddia olunur

“The Telegraph” Qətərin DÇ-2026-da milli komandaya dəstək üçün təxminən 1000 azarkeşin bütün xərclərini qarşıladığını yazıb. QFA isə proqramın stadion atmosferini gücləndirmək məqsədi daşıdığını bildirib.

11

Qətərin DÇ-2026 zamanı milli komandaya dəstək üçün təxminən 1000 nəfərin səfər xərclərini qarşıladığı iddia olunur.

MSNews.az xəbər verir ki, “The Telegraph”in araşdırmasına görə, Qətər Futbol Assosiasiyası Dünya Kuboku zamanı komandanın tribunadakı dəstəyini artırmaq üçün xüsusi azarkeş proqramı həyata keçirib.

Məlumata görə, proqram çərçivəsində iştirakçılara uçuş, yaşayış, yerli nəqliyyat və matç biletləri təmin olunub. Onlara həmçinin Qətər millisinin forması, şərfi və bayraqları daxil olan fan-bokslar verilib.

Associated Press”in məlumatına görə, Qətərin Sosial və İdman Töhfə Fondu — “DAAM” Qətər Futbol Assosiasiyası ilə “Qatari Fans Delegation Program” adlı təşəbbüs üçün maliyyə razılaşması imzalayıb. QFA proqramın məqsədinin stadionda “canlı atmosfer yaratmaq” və futbolçuları daha yaxşı nəticələrə ruhlandırmaq olduğunu bildirib.

“The Telegraph” isə proqramda iştirak edən bəzi şəxslərin əvvəllər heç vaxt futbol matçına getmədiyini yazır. Nəşrin məlumatına görə, iştirakçılara Qətər millisinin oyunları zamanı necə dəstək göstərmək, hansı formada davranmaq və tribunada komandanı necə alqışlamaq barədə yönləndirmələr də verilib.

The Times” da Qətərin bu proqram çərçivəsində təxminən 1000 nəfərin bütün xərclərini qarşıladığını yazıb. Nəşr iddia edir ki, real say bundan da çox ola bilər və iştirakçılar arasında Qətər futbolu ilə əvvəlcədən əlaqəsi olmayan şəxslər də olub.

“The Telegraph”in məlumatına görə, Qətər Bosniya və Herseqovina ilə oyun zamanı ABŞ və Meksikadan olan təxminən 250 yerli azarkeşi də tribunada komandanı dəstəkləməyə cəlb edib. Bu iddia Qətər tərəfi tərəfindən ayrıca rəsmi şəkildə təsdiqlənməyib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti