Prezidentin Mətbuat Xidməti açıqlama yaydı

73

Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarına qarşı kiberhücumların müşahidə olunduğu bildirilib. Aidiyyəti dövlət qurumları hücumların qarşısının alınması istiqamətində tədbirlər həyata keçirir.

MSNews.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Açıqlamada qeyd olunub:

“Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur”.

Mətbuat Xidmətindən bildirilib ki, aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, oktyabrın 13-də də Azərbaycanın dövlət informasiya infrastrukturuna qarşı genişmiqyaslı kiberhücumlar qeydə alınmışdı. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə, həmin hücumlar zamanı 100-dən çox dövlət domeni hədəfə alınmışdı.