Malidə rus hərbçilər məhv edildi

Malinin Timbuktu bölgəsində FAMa və Rusiyanın “Afrika Korpusu” qüvvələrinin birgə patrulunun pusquya düşdüyü bildirilir. İlkin məlumatlara görə, hücumda 8 rusiyalı və 11 Mali hərbçisi həlak olub, 23 nəfər yaralanıb.

34

Malinin şimalındakı Timbuktu bölgəsində Mali Silahlı Qüvvələri (FAMa) ilə Rusiyanın “Afrika Korpusu” qüvvələrinin birgə patrulunun pusquya düşməsi nəticəsində 19 nəfərin öldüyü bildirilir. Ölənlərdən 8-nin rusiyalı, 11-nin isə Mali hərbçisi olduğu iddia edilir.

MSNews.az xəbər verir ki, təhlükəsizlik məsələlərini izləyən “Sahel Alerte” hücumun avqustun 26-da, təxminən günorta saatlarında Timbuktu bölgəsinin Ber yaşayış məntəqəsinin şərqindəki Erintedjeft ərazisində baş verdiyini bildirib. İlkin məlumata görə, kolonun hərəkəti zamanı iki hərbi maşın partlayıcı qurğulara düşüb, daha sonra silahlılar patrulu atəşə tutublar.

“Zagazola Makama” hücumun “Əl-Qaidə” ilə əlaqəli “Jama’at Nusrat al-Islam wal-Muslimin” (JNIM) qruplaşmasının döyüşçüləri tərəfindən həyata keçirildiyini yazır. Nəşrin məlumatına görə, ölən Mali hərbçiləri arasında kolon komandiri kimi təqdim olunan Salif Doumbia da var.

İlkin məlumatlarda daha 23 nəfərin yaralandığı bildirilir. Onların 14-nün rusiyalı, 9-nun isə Mali hərbçisi olduğu qeyd olunur. Hücum zamanı iki zirehli maşın, üç pikap və bir yük avtomobili olmaqla altı nəqliyyat vasitəsinin, eləcə də doqquz motosikletin məhv edildiyi və ya yandırıldığı iddia edilir.

“Sahel Alerte” yaralıların və ölənlərin təxliyəsi üçün helikopterlərin bir neçə uçuş həyata keçirdiyini, Bouremdən göndərilən əlavə qüvvələrin isə növbəti pusqu ehtimalına görə geri döndüyünü bildirir. Bu məlumatlar hələlik Mali ordusu tərəfindən rəsmi təsdiqlənməyib.

JNIM-lə əlaqəli media kanallarında daha sonra hücum yerindən məhv edilmiş hərbi texnikanın görüntüləri yayılıb. Silahlı qrup Mali ordusu və Rusiya qüvvələrinə qarşı yeni hücumlarla hədələyən bəyanat da yayıb. Bununla belə, yayılan görüntülərin hücumun bütün detalları və itkilərin dəqiq sayı ilə bağlı iddiaları müstəqil şəkildə təsdiqləməsi mümkün olmayıb.

Rusiyanın “Afrika Korpusu” strukturu 2025-ci ildə “Vaqner” qrupunun Malidən çəkilməsindən sonra ölkədəki Rusiya hərbi iştirakının əsas qüvvəsinə çevrilib.

Mali ordusu və Rusiya qüvvələri ölkənin şimal və mərkəzi bölgələrində JNIM və digər silahlı qruplara qarşı əməliyyatlar aparırlar. Son aylarda “Afrika Korpusu”nun Malidəki fəaliyyəti daha intensivləşib və qüvvələr bir neçə ağır hücumla üzləşib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.