Belçikada bu şəxslər vətəndaşlıqdan məhrum ediləcək

Belçika Federal Parlamenti ağır cinayətlərə görə məhkum edilən, xüsusilə ikili vətəndaşlığı olan şəxslərin vətəndaşlıqdan məhrum edilməsinə imkan verən qanunu qəbul edib.

186

Belçika Federal Parlamenti ağır cinayətlərə görə məhkum edilən şəxslərin vətəndaşlıqdan çıxarılmasına imkan verən qanun layihəsini qəbul edib.

Yerli mətbuatda yayılan məlumatlara görə, yeni tənzimləmə çərçivəsində məhkəmələr xüsusilə ikili vətəndaşlığı olan şəxslər barəsində qətl, cinsi zorakılıq və mütəşəkkil cinayətkarlıq kimi ağır cinayətlər üzrə hökm çıxarıldığı halda, vətəndaşlıqdan məhrumetmə variantını mütləq şəkildə nəzərdən keçirməli olacaq.

Hakimlər bu addımın atılmasını məqsədəuyğun hesab etmədikləri təqdirdə, qərarlarını əsaslandırılmış şəkildə yazılı formada izah etməyə borclu olacaqlar.

Daha əvvəl Belçikada vətəndaşlıqdan çıxarma səlahiyyəti yalnız terrorçuluq, insan alveri və dövlət təhlükəsizliyinə qarşı cinayətlər kimi məhdud sahələrdə tətbiq edilirdi. Yeni qanunla bu mexanizmin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndirilib.

Qanun layihəsinin bu gün qüvvəyə minməsi ilə yanaşı, tətbiqin praktiki tərəflərinin məhkəmə presedentləri vasitəsilə formalaşacağı bildirilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.