Maduro ABŞ-ı neft tankerlərinə görə xəbərdar etdi: “Bu, qlobal iqtisadiyyata ciddi zərər vuracaq”

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın Venesuelaya məxsus neft tankerlərini müsadirə etməsinin qlobal iqtisadiyyata və enerji bazarlarına mənfi təsir göstərəcəyini bəyan edib.

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın Venesuelaya məxsus neft tankerlərini müsadirə etməyə davam etməsinin qlobal iqtisadiyyata mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq edib.

Bu barədə Venesuelanın xarici işlər naziri İvan Hil dövlət televiziyası VTV-də çıxışı zamanı Prezident Maduro tərəfindən qələmə alınmış məktubu oxuyarkən bildirib.

Məktubda qeyd olunur ki, ABŞ-ın Karib dənizində Venesuela nefti daşıyan iki gəmiyə əl qoyması qlobal iqtisadi tarazlığa zərbə vuracaq və bu cür addımlar yalnız Venesuela ilə məhdudlaşmayaraq bütün regionun sabitliyini təhlükə altına salacaq. Maduro vurğulayıb ki, Venesuelanın enerji ticarətinə qarşı tətbiq olunan blokada və “dəniz quldurluğu” neft və enerji təchizatına təsir göstərəcək, beynəlxalq bazarlarda qeyri-sabitliyi artıracaq və xüsusilə, Latın Amerikası, Karib hövzəsi və ən həssas ölkələrin iqtisadiyyatlarına ciddi ziyan vuracaq. O bildirib ki, enerji nə müharibə alətinə, nə də siyasi təzyiq vasitəsinə çevrilə bilər.

Nikolas Maduro ABŞ-ı aqressiv addımlara və Karib hövzəsində hərbi yığınağa son qoymağa çağırıb. O xatırladıb ki, Donald Tramp administrasiyası avqustun 14-də guya narkotiklərlə mübarizə əməliyyatını əsas gətirərək Karib dənizində ABŞ tarixinin ən böyük dəniz və hava qüvvələrinin yerləşdirilməsinə başlayıb.

Prezident Maduro Venesuelanın sülh tərəfdarı mövqe tutduğunu qeyd edərək, beynəlxalq hüquq çərçivəsində ölkəsinin ərazi bütövlüyünü və təbii sərvətlərini qorumaqda qərarlı olduğunu vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp isə dekabrın 16-da, çərşənbə axşamı günü “narkotik terrorizmin maliyyələşdirilməsi” iddiası ilə Venesuelaya daxil olan və ya ölkədən çıxan sanksiya altındakı bütün neft tankerlərinə qarşı “tam və hərtərəfli blokada” tətbiq olunması barədə göstəriş verib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.