İordaniya millisi stadion əməkdaşlarına şirniyyat və təşəkkür məktubu qoydu

İordaniya millisi DÇ-2026 ilə vidalaşdıqdan sonra soyunub-geyinmə otağını təmiz saxlayıb, stadion əməkdaşları üçün ənənəvi şirniyyatlar, hədiyyələr və təşəkkür məktubu qoyub.

7

İordaniya millisi DÇ-2026-dakı çıxışını xoş və diqqətçəkən jestlə başa vurub.

MSNews.az xəbər verir ki, “NDTV Sports” İordaniya millisinin turnirlə vidalaşdıqdan sonra soyunub-geyinmə otağını təmiz vəziyyətdə tərk etdiyini yazıb. Komanda stadion və FIFA əməkdaşları üçün təşəkkür məktubu, kiçik hədiyyələr və ənənəvi İordaniya şirniyyatları qoyub.

Hadisə İordaniyanın Əlcəzairə 1:2 hesabı ilə məğlub olduğu oyundan sonra baş verib. Bu nəticədən sonra İordaniya millisi dünya çempionatındakı debüt çıxışını qrup mərhələsində başa vurub.

“Khaleej Times” yazır ki, komandanın qoyduğu məktubda stadion əməkdaşlarına peşəkarlıqları, qonaqpərvərlikləri və İordaniyanın ilk dünya çempionatı təcrübəsini unudulmaz etməyə verdikləri töhfəyə görə təşəkkür edilib.

Məktubda ənənəvi İordaniya şirniyyatlarının “kiçik minnətdarlıq nişanı” kimi təqdim edildiyi bildirilib. Komanda bununla öz mədəniyyətindən bir nümunəni turnir əməkdaşları ilə bölüşmək istədiyini qeyd edib.

İordaniya millisi bu jestlə azarkeşlərin rəğbətini qazanıb. Sosial şəbəkələrdə komandanın davranışı idmanda hörmət, təşəkkür və mədəniyyət nümunəsi kimi qiymətləndirilib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.