İlham Əliyev və Mehriban Əliyeva Dünya Köçəri Oyunlarının açılışında iştirak ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər. Oyunlar sentyabrın 6-dək davam edəcək.

18

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər.

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi internet saytı məlumat yayıb. Mərasim Dünya Köçəri Oyunlarının 2026-cı il proqramının başlanğıcı olub.

Dünya Köçəri Oyunlarının əsas məqsədlərindən biri müxtəlif xalqları əsrlər boyu birləşdirən dostluq, birlik və qarşılıqlı hörmət dəyərlərinin təşviqidir. Tədbir köçəri sivilizasiyasının tarixi irsinin, mədəniyyətinin, qədim ənənələrinin və milli dəyərlərinin qorunaraq gələcək nəsillərə ötürülməsi üçün beynəlxalq platforma kimi nəzərdə tutulub.

Oyunlar çərçivəsində atçılıq, müxtəlif güləş növləri, oxatma və köçəri xalqların tarixən formalaşdırdığı digər ənənəvi idman növləri üzrə yarışlar keçiriləcək. Bununla yanaşı, iştirakçı ölkələrin mədəni irsi və milli adət-ənənələri də nümayiş etdiriləcək.

VI Dünya Köçəri Oyunlarının rəsmi proqramına əsasən, yarışlar 31 avqust–6 sentyabr tarixlərində keçirilir. Açılış mərasimi Bişkek Arenada təşkil olunub, əsas idman, mədəni və elmi proqramların əhəmiyyətli hissəsi isə Issık-Kul bölgəsində baş tutacaq. Bağlanış mərasiminin sentyabrın 6-da Issık-Kul gölünün sahilində keçirilməsi nəzərdə tutulub.

Təşkilatçılar Oyunlara 100-dən çox ölkədən iştirakçı və qonaqların qatılacağını açıqlamışdılar. Dünya Köçəri Oyunları ilk dəfə 2014-cü ildə Qırğızıstanda keçirilib və sonrakı illərdə Türkiyə və Qazaxıstan da tədbirə ev sahibliyi edib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.