İsrail Prezidenti Bakıda yəhudi icması ilə görüşüb

İsrail Prezidenti İsxak Hersoq Bakıda Azərbaycanın yəhudi icmasının nümayəndələri ilə görüşüb. Görüşdə diplomatlar, dini icma rəhbərləri və Milli Məclisin deputatı iştirak ediblər.

35

İsrail Prezidenti İsxak Hersoq oktyabrın 15-də Bakıda Azərbaycanın yəhudi icmasının nümayəndələri ilə görüş keçirib.

MSNews.az xəbər verir ki, görüşdə İsrailin Azərbaycandakı səfiri Ronen Krausz, Milli Məclisin deputatı Anatoli Rafailov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Bakı Sefarad Yəhudiləri Dini İcmasının rəhbəri, ravvin Zamir İsayev və Bakı Avropa Yəhudiləri Dini İcmasının sədr müavini Yevgeni Brenneysen iştirak ediblər.

Bu barədə “Jnews.az” məlumat yayıb.

Görüşdən sonra təəssüratlarını bölüşən Hersoq Azərbaycan yəhudi icması haqqında müsbət fikirlər səsləndirib. O, yəhudilərin əsrlər boyu Azərbaycanın ictimai və mədəni həyatının ayrılmaz hissəsi olduğunu vurğulayıb.
İsrail Prezidentinin Administrasiyası da səfərdən əvvəl yaydığı rəsmi açıqlamada Hersoqun Bakı proqramını yəhudi icmasının rəhbərləri ilə görüşlə başa vuracağını bildirmişdi.
Qeyd edək ki, İsxak Hersoq oktyabrın 14-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana gəlib.

Səfər çərçivəsində o, Prezident İlham Əliyevlə də görüşüb. Tərəflər Azərbaycan-İsrail münasibətlərini, regional və beynəlxalq gündəlikdəki məsələləri müzakirə ediblər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.