İsrail Britaniya nümayəndələrini Qəzza mərkəzindən çıxarmağı nəzərdən keçirir

İsrail Böyük Britaniyanın Qərb sahilindəki yaşayış məntəqələri ilə bağlı siyasətinə cavab olaraq britaniyalı rəsmiləri ABŞ rəhbərliyindəki Qəzza koordinasiya mərkəzindən uzaqlaşdırmağı nəzərdən keçirir. Niderland və İspaniya nümayəndələri daha əvvəl mərkəzdən çıxarılıb.

Britaniya E1 layihəsinə görə İsrail diplomatını XİN-ə çağırıb

Böyük Britaniya İsrailin işğal olunmuş İordan çayının Qərb sahilində E1 layihəsi üzrə 1 234 yaşayış vahidi üçün tender elan etməsinə etiraz olaraq İsrailin Londondakı müvəqqəti işlər vəkilini XİN-ə çağırıb.