Netanyahu Obamaya cavab verdi: “Biz işğalçı deyilik, bu bizim vətənimizdir”
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin sabiq Prezidenti Barak Obamanın İsrailin Fələstin torpaqlarını ələ keçirməsi və mənəvi üstünlüyünü itirməsi barədə açıqlamalarına sərt reaksiya verib.
Smotriç Fələstin Administrasiyasının ləğvinə çağırdı
İsrailin maliyyə naziri Betsalel Smotriç Fələstin Administrasiyasının ləğvini, Oslo sazişlərinin aradan qaldırılmasını və İordan çayının qərb sahilində İsrail nəzarətinin genişləndirilməsini tələb edib.