Çində bir kişi özünə aid videoların porno saytında görüncə şoka düşüb. Şenjen şəhərində yaşayan Erik adlı şəxs bir porno məzmunlu sayta daxil olduqda özünə və sevgilisinə məxsus gizli kamerayla çəkilmiş görüntülərlə qarşılaşıb və ciddi sarsıntı yaşayıb.
Çoxsaylı gizli kamera çəkilişlərinin ticarət məqsədilə qanunsuz şəkildə yayıldığı Çində yaşayan Erik, bir neçə həftə əvvəl qalmaqda olduqları otel otağında çəkilən görüntülərdən ibarət videonu təsadüfən tapıb. Videoda o və sevgilisinin hotelə girdiyi, əşyalarını qoyduğu və daha sonra şəxsi anlarının gizli kamera tərəfindən qeydə alındığı əks olunub.
30 yaşlarında olan Erik, çəkilən videoların daha geniş auditoriyaya yayılması ehtimalı səbəbilə ciddi psixoloji təzyiq hiss etdiyini deyib. Onun sevgilisi isə həmin görüntülərin ailə üzvlərinə və dostlara çatacağı qorxusu ilə dərin narahatlıq keçirdiyini bildirib. Nəticədə cütlük münasibətlərində də problemlərlə üzləşib, ictimai yerlərdə görünmək istəmədikləri üçün şapka və eynək taxmaqla diqqətdən yayındıqları qeyd olunub.
Uzun müddətdir Çində gizli kameralarla çəkilmiş videoların internetdə qanunsuz yayıldığı ciddi sosial problem sayılır. Araşdırmalar bəzi otellərdə elektrik yuvalarının içərisinə yerləşdirilmiş kamera vasitəsilə canlı yayım xidmətlərinin belə həyata keçirildiyini üzə çıxarıb.