Bakıda məktəbli forması ilə bağlı hadisələr: 37 nəfərin həbs edildiyi bildirilir

Bakıda vahid məktəbli geyimi qaydaları ilə bağlı qarşıdurmalar fonunda 37 nəfərin həbs edildiyi bildirilir. Məktəblərə ziyan vurulması və ictimai asayişin pozulması ilə bağlı iddialar araşdırılır.

67

Bakıda vahid məktəbli geyimi qaydalarının tətbiqi ilə əlaqədar baş verən qarşıdurmalar fonunda 37 nəfərin həbs edildiyi barədə məlumat yayılıb. Həmin şəxslərin ictimai asayişin pozulmasında, təhsil müəssisələrinin fəaliyyətinə və nəqliyyatın hərəkətinə maneçilik törətmək cəhdlərində ittiham olunduqları bildirilir.

MSNews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinə istinadən yayılan məlumatda hadisələrlə bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə cinayət işinin başlandığı qeyd olunur.

Açıqlamada bildirilir ki, bir qrup şəxs məktəblərdə vahid geyim qaydalarının tətbiqinə etiraz edərək təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə ziyan vurub və ictimai qaydanı kobud şəkildə pozmağa cəhd göstərib.

Həmçinin bəzi məktəblərin giriş qapılarının şüşələrinin sındırıldığı və hadisələr zamanı azyaşlılardan istifadə edildiyi iddia olunur.

DİN-in açıqlamasında görülən tədbirlərin əsas məqsədinin şagirdlərin, müəllimlərin və digər vətəndaşların təhlükəsizliyini qorumaq, təhsil müəssisələrinin normal fəaliyyətini təmin etmək olduğu vurğulanır.

Bildirilib ki, vətəndaşlar qanunvericiliyin tələblərinə əməl etməli, ictimai asayişi pozmamalı və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmalıdırlar.

Qeyd edək ki, oktyabrın 12-də Bakı məktəblərində vahid geyim qaydalarının tətbiqi ilə bağlı monitorinqlər aparılıb. Məlumata görə, 53 nömrəli tam orta məktəbdə də bu qaydaların icrasına nəzarət həyata keçirilib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.