“OnlyFans” ulduzu Lili Fillips 1113 kişidən sonra vəftiz oldu

"OnlyFans" modeli Lili Fillips əvvəlki rekord iddialarından sonra vəftiz olduğunub və “daha sakit həyat” mesajı verdi. Fillips 2026-cı ildə daha ekstremal məzmun paylaşmayacağını açıqlayıb.

90

İngiltərədə yaşayan və “OnlyFans” platformasında yetişkin məzmunlarla tanınan kontent yaradıcısı Lili Fillips yenidən dünya gündəminə gəlib. Bir müddət əvvəl 12 saat ərzində 1113 kişi ilə birlikdə olduğunu iddia etməsi ilə geniş diqqət çəkən Fillips, indi isə fərqli bir addım atdığını açıqlayıb – o, vəftiz olduğunu və bundan sonra həyatında “daha sakit bir dövrə” keçəcəyini bildirib.

Fillips sosial media hesablarında və verdiyi müsahibələrdə artıq əvvəlki “ekstremal və meydan oxuyan” məzmunlardan uzaqlaşmaq istədiyini, karyerasını yeni istiqamətlərə yönəldəcəyini vurğulayıb. O, bu keçidi “mənəvi yönəliş” kimi izah edərək, Tanrı ilə daha yaxın əlaqə qurmaq niyyətində olduğunu söyləyib.

Xatırladaq ki, məşhur modelin adı 2024-cü ilin sonunda YouTuber Coş Piters tərəfindən hazırlanan “I Slept With 100 Men in One Day” adlı sənədli film vasitəsilə beynəlxalq auditoriyaya çatmış, burada yaşadığı hadisələr və emosional anlar geniş müzakirə olunmuşdu.

Lili Fillips 2025-ci il boyunca müxtəlif “rekord iddiaları” ilə sosial media platformalarında gündəmdə qalmışdı, lakin bu yeni bəyanat onun həyatında radikal dəyişiklik etdiyinin siqnalı kimi qəbul olunur. Artıq o, 2026-cı ildə “ekstremal, seksual xarakterli məzmun” paylaşmayacağını açıq şəkildə bildirib.

Bu addım istifadəçilər və izləyicilər tərəfindən qarışıq reaksiyalarla qarşılanıb — bəziləri onun yeni dəyişimini alqışlarkən, digərləri əvvəlki kontentlə indiki məqsəd arasında böyük fərq olduğunu qeyd edirlər.