750 illik qətlin sirri gün işığına çıxdı

Budapeştdəki Marqaret Adasında tapılan XIII əsrə aid skelet, 1272-ci ildə sui-qəsdə qurban gedən Makşo hersoqu Belaya aid olduğu DNA və arxeoloji analizlərlə təsdiqləndi.

198

Budapeştdə, Marqaret Adasında yerləşən XIII əsrə aid bir monastrın altında tapılan skeletin sirri nəhayət açıldı. 1915-ci ildə bərpa işləri zamanı kəşf olunan və şiddətli hücum izləri daşıyan bu skeletin, 1272-ci ildə sui-qəsdə qurban gedən Makşo Hersoqu Belaya aid olduğu müasir elmi üsullarla təsdiqləndi.

Hersoq Bela, Macarıstan Kralı IV Belanın nəvəsi və Arpad sülaləsinin üzvü idi. Cənubi Macarıstanda, o cümlədən Belqrad ərazilərinə hökm edən Bela, gənc yaşda Makşo hersoqu titulunu almışdı. Lakin həyatı saray içi intriqalarla kölgələnmişdi.

1270-ci illərin Macarıstanında krallıq ailəsi daxilində torpaq və taxt mübarizələri getdikcə şiddətlənmişdi. Hersoq Bela, öz ailəsindən mirasını qəbul etməsi səbəbilə qısqanclıq və siyasi hesablaşmaların hədəfi olmuş, iyirmili yaşlarının sonunda sui-qəsdə uğrayaraq həyatını itirmişdi.

Antropoloqlar skeletdə 26 fərqli yara izi aşkar ediblər. Kəllə, sinə və ayaqlardakı kəsiklər hücumun yaxın məsafədən və bir neçə nəfər tərəfindən edildiyini göstərir. Ekspertlərin fikrincə, Bela hücumçularla üz-üzə döyüşmüş, lakin qısa zamanda zərərsizləşdirilmişdi.

İzotop analizləri Bela’nın yüksək proteinli, xüsusən balıq və ət ağırlıqlı qidalandığını göstərir ki, bu da onun həqiqətən soylu həyat sürdüyünü təsdiqləyir. Balıq istehlakının radiokarbon tarixləməsinə təsiri nəzərə alınaraq edilən düzəlişlər isə ölüm tarixini 1272-ci ilə dəqiq yerləşdirib.

Kimliyin müəyyənləşdirilməsində ən böyük rol antik DNA analizinə aiddir. Genetik məlumatlar Belanın Arpad sülaləsindən Kral III Bela ilə və Ryurik sülaləsindən olan atası Rostislav ilə birbaşa əlaqəsini ortaya çıxarıb. Bu sayədə əsrlər boyu davam edən kimlik mübahisəsi sona çatdı.

Ekspertlər bildirirlər ki, Hersoq Belanın tələsik şəkildə monastrın altına dəfn olunması, ölümünün bir sui-qəsdin hissəsi olduğunu və hadisənin gizlədilməyə çalışıldığını göstərir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.