Aktyor Niftalı Namazlı məktəbli geyimləri ilə bağlı fikirlərini bölüşüb

Teatr və kino aktyoru Niftalı Namazlı məktəbli geyimləri ilə bağlı müzakirələrə münasibət bildirib. O, qanunlara hörmətin, milli-mənəvi dəyərlərin və tolerantlığın qorunmasının vacibliyini vurğulayıb.

334

Teatr və kino aktyoru Niftalı Namazlı son günlər məktəbli formaları və geyim qaydaları ətrafında aparılan müzakirələrə münasibət bildirib. Sənətçi dövlət qanunlarına hörmətlə yanaşı, cəmiyyətdə tolerantlığın və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb.

MSNews.az xəbər verir ki, aktyor məsələ ilə bağlı şəxsi mövqeyini açıqlayaraq mövzunun həssaslığını nəzərə almağa çağırıb.

Niftalı Namazlı bildirib ki, bir sənət adamı və vətəndaş olaraq dövlətin qəbul etdiyi qərarlara və qanunlara hər zaman hörmətlə yanaşır:

“İnanıram ki, rəsmi qurumlar hər bir qərarı qəbul edərkən ölkəmizin daxili sabitliyini, dünyəvilik prinsiplərini və dövlət maraqlarını əsas götürürlər. Vətəndaş olaraq borcumuz qanunun aliliyinə riayət etməkdir”.

Aktyor Azərbaycanın tarixən tolerantlıq ənənələri ilə seçildiyini qeyd edərək milli geyim mədəniyyətinə də toxunub:

“Azərbaycan xalqı hər zaman öz tolerantlığı ilə seçilib. Bizim tarixdən gələn kəlağayı kimi gözəl bir örtük mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz var. Sənət hər zaman birləşdirici qüvvə olub”.

Niftalı Namazlı hesab edir ki, həssas ictimai məsələlərdə qanunun tələbləri ilə insanların mənəvi dəyərləri arasında qarşıdurma yaranmamalıdır.

“İnanıram ki, dövlətimizin uzaqgörən siyasəti sayəsində həm qanunun tələbləri qorunacaq, həm də insanlarımızın inanc və mənəvi dünyası zərər görməyəcək. Əsas odur ki, cəmiyyətdə qütbləşmə, inciklik yaranmasın və hər bir vətəndaşımız qanunlar çərçivəsində özünü rahat hiss etsin”, – deyə aktyor vurğulayıb.

Sənətçi açıqlamasının şəxsi vətəndaş mövqeyini əks etdirdiyini, əsas məqsədinin isə cəmiyyətdə qarşılıqlı hörmətin, anlayışın və birliyin qorunmasına dəstək vermək olduğunu bildirib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.