Fransa xüsusi təyinatlıları “Kalininqrad”a daxil oldu

Fransa Hərbi Dəniz Qüvvələri Hind okeanında Rusiyanın “kölgə donanması” ilə əlaqələndirilən “DF Peak” tankerini saxlayıb. Əvvəllər “Kalininqrad” adlanan gəmi sanksiyalardan yayınmaq və saxta bayraq altında üzməkdə şübhəli bilinir.

48

Fransa Hərbi Dəniz Qüvvələri Hind okeanında Rusiyanın “kölgə donanması” ilə əlaqələndirilən “DF Peak” neft tankerini saxlayıb. Əvvəllər “Kalininqrad” adlanan gəmiyə hərbi helikopterdən xüsusi təyinatlılar endirilib. Tanker saxta bayraq altında üzməkdə və qanunsuz yanacaq daşımalarında iştirak etməkdə şübhəli bilinir.

MSNews.az xəbər verir ki, əməliyyat oktyabrın 12-də Fransaya məxsus Reyunyon adasından təxminən 450 dəniz mili (833 kilometr) cənubda həyata keçirilib.

“Reuters” agentliyinin məlumatına görə, Fransa hərbçiləri tankeri saxlayaraq gəminin sənədlərini və bayraq altında üzmək hüququnu yoxlayıblar.

Fransa Prezidenti Emmanuel Makron əməliyyatın görüntülərini sosial şəbəkədə paylaşaraq Rusiyanın “kölgə donanması”na qarşı mübarizənin davam edəcəyini bildirib.

“Fransa dünyanın harasında olmasından asılı olmayaraq, kölgə donanmasına qarşı mübarizədə qətiyyətlidir”, – deyə Makron vurğulayıb.

Məlumata əsasən, saxlanılan gəmi əvvəllər “Kalininqrad” adı altında fəaliyyət göstərib və Rusiyanın “Sovkomflot” gəmiçilik şirkəti ilə əlaqəli olub.

Hazırda Benin bayrağı altında üzən tanker ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və bir sıra digər ölkələrin sanksiya siyahılarındadır.

Dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “USNI News” nəşrinin məlumatına görə, gəminin heyəti 21 nəfərdən ibarətdir. Onlar yoxlama müddətində gəmidə saxlanılıblar.

Fransa hakimiyyəti tankerin Reyunyon adası yaxınlığındakı lövbər dayanacağına aparılması barədə göstəriş verib. Burada gəminin sənədləri və daşımalarının qanuniliyi ilə bağlı əlavə araşdırma aparılacaq.

Rusiya tərəfi Fransa hərbçilərinin müdaxiləsinə etiraz edib.

Rusiyanın Fransadakı səfirliyi gəminin saxlanılmasını beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək əməliyyatı “dəniz quldurluğu” adlandırıb.

“Reuters” agentliyinin məlumatına görə, səfirlik gəminin saxlanılması barədə rəsmi məlumatlandırılmadığını bildirib və heyət arasında Rusiya vətəndaşlarının olub-olmadığını araşdırır.

Qeyd edək ki, “kölgə donanması” Qərbin enerji sanksiyalarından yayınmaq üçün mürəkkəb mülkiyyət və qeydiyyat mexanizmlərindən istifadə edən tankerlərə verilən addır.

Bu gəmilər vasitəsilə Rusiya neftinin beynəlxalq bazarlara daşınması Qərb ölkələrinin sanksiya siyasətində əsas mübahisə mövzularından biridir.

“DF Peak” tankerinin saxlanılması Fransanın Rusiya ilə əlaqələndirilən neft daşımalarına qarşı son əməliyyatlarından biridir. Bununla belə, gəmi ilə bağlı şübhələr üzrə yekun hüquqi qərar hələ açıqlanmayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.