Oveçkin 930-cu qoluna görə ömürlük gecə klubu bileti qazandı

Vaşinqtondakı məşhur “9:30 Club” rusiyalı hokkeyçi Aleksandr Oveçkinə NHL-də vurduğu 930-cu qol münasibətilə ömürlük pulsuz giriş bileti təqdim edib. İdmançı bundan sonra klubun bütün konsert və tədbirlərinə ödənişsiz qatıla biləcək.

50

ABŞ-nin paytaxtı Vaşinqtonda fəaliyyət göstərən məşhur “9:30 Club” gecə klubu və konsert məkanı rusiyalı hokkeyçi Aleksandr Oveçkinə qeyri-adi hədiyyə təqdim edib. “Washington Capitals” komandasının kapitanı NHL-in müntəzəm çempionatlarında vurduğu 930-cu qol münasibətilə klubun bütün tədbirlərinə ömürlük pulsuz giriş hüququ qazanıb.

MSNews.az xəbər verir ki, bu barədə ABŞ Milli Hokkey Liqasının (NHL) rəsmi saytında məlumat yayılıb.

Oveçkin oktyabrın 11-də “Seattle Kraken”ə qarşı keçirilən matçda karyerasının 930-cu qolunu vurub. Buna baxmayaraq, onun komandası görüşdə 3:5 hesabı ilə məğlub olub.

Klubun adı ilə hokkeyçinin qol sayı arasındakı uyğunluq xüsusi hədiyyəyə səbəb olub.

“9:30 Club”un sahibləri Sem və Set Hurvits Oveçkinə simvolik qızılı bilet təqdim ediblər. Həmin bilet idmançıya ömrünün sonunadək klubda təşkil olunan konsert və digər şoulara pulsuz qatılmaq imkanı verir.

Məlumata görə, klub sahibləri hədiyyəni oyun başa çatdıqdan sonra hokkeyçi ilə görüşərək şəxsən təqdim ediblər.

41 yaşlı Oveçkin NHL tarixində müntəzəm çempionatlarda ən çox qol vuran hokkeyçidir. Onun aktivində pley-off oyunları da daxil olmaqla 1007 qol var. Bu göstərici üzrə o, 1016 qolla rekordçu olan Ueyn Qretskidən geri qalır.

Bu barədə “RBK Sport” məlumat yayıb.

Qeyd edək ki, 1980-ci ildə açılmış “9:30 Club” ABŞ-nin tanınmış konsert məkanlarından biridir. Burada Bob Dilan, “Red Hot Chili Peppers” və digər məşhur musiqiçilər çıxış ediblər. “Rolling Stone” jurnalı 2018-ci ildə məkanı ABŞ-nin ən yaxşı on canlı musiqi səhnəsindən biri seçib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.