Şimali Koreyada minlərlə tələbənin iştirakı ilə kütləvi rəqs şousu keçirilib

Şimali Koreyanın paytaxtı Pxenyanda hakim Koreya Əmək Partiyasının 81-ci ildönümü münasibətilə minlərlə gəncin iştirakı ilə rəqs və atəşfəşanlıq tədbiri təşkil olunub.

60

Şimali Koreyanın paytaxtı Pxenyanda hakim Koreya Əmək Partiyasının yaradılmasının 81-ci ildönümü münasibətilə minlərlə gəncin iştirakı ilə kütləvi rəqs tədbiri keçirilib. Bayram mərasimi sinxron rəqslər, musiqi və atəşfəşanlıqla müşayiət olunub.

MSNews.az xəbər verir ki, “BalkanWeb” nəşrinin məlumatına görə, oktyabrın 10-da Pxenyanın əsas meydanında toplaşan minlərlə tələbə və gənc əvvəlcədən hazırlanmış xoreoqrafiya əsasında rəqs edib. Yayılan görüntülərdə iştirakçıların hərəkətlərinin yüksək səviyyədə sinxronlaşdırıldığı, meydanda bayraqların dalğalandığı və atəşfəşanlığın keçirildiyi görünür.

Cənubi Koreyanın “Yonhap” agentliyinin məlumatına əsasən, ölkə rəhbəri Kim Çen In də oktyabrın 10-da Pxenyanın Qapalı İdman Sarayında təşkil olunan əsas bayram konsertində iştirak edib. Tədbirdə vətənpərvərlik mahnıları, akrobatik nömrələr və rəqs çıxışları nümayiş etdirilib.

Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA bildirib ki, bayram tədbirlərində yüksəkvəzifəli partiya və hərbi rəsmilər, xarici diplomatik nümayəndəliklərin əməkdaşları və paytaxt sakinləri iştirak ediblər.

1945-ci il oktyabrın 10-da əsası qoyulmuş Koreya Əmək Partiyası ölkənin siyasi həyatında hakim mövqeyə malikdir. Partiyanın qurucusu Kim İr Sen hazırkı lider Kim Çen Inın babasıdır.

Qeyd edək ki, builki yubiley mərasimləri əvvəlki ilin 80 illik yubileyi ilə müqayisədə daha məhdud miqyasda keçirilib. Ötən il Pxenyanda genişmiqyaslı hərbi parad təşkil olunsa da, bu dəfə əsas diqqət mədəni tədbirlərə yönəldilib.

Sosial şəbəkələrdə rəqs mərasimi istehzalı şəkildə “dünyanın ən könüllü diskotekası” adlandırılıb. Bununla belə, iştirakçıların tədbirə könüllü və ya məcburi şəkildə qatılması barədə müstəqil təsdiqlənmiş məlumat yoxdur.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.