Kliçko Kiyev sakinlərinə şəhəri tərk etməyə çağırıb

Kiyev meri Vitali Kliçko Rusiyanın intensivləşən zərbələri fonunda şəhərin “sağ qalmaq” rejiminə keçdiyini bildirib. O, imkanı olan sakinlərə müvəqqəti olaraq paytaxtdan çıxmağı tövsiyə edib.

66

Kiyev meri Vitali Kliçko Rusiyanın paytaxta zərbələrinin intensivləşdiyini bildirərək şəhərin qış ərəfəsində “sağ qalmaq” rejiminə keçdiyini deyib. O, şəhərdən kənarda qalmaq imkanı olan sakinlərə müvəqqəti köçməyi nəzərdən keçirməyi tövsiyə edib.

MSNews.az xəbər verir ki, “AFP” agentliyinə müsahibəsində Kliçko bildirib ki, hər gün dağıdılmış binalar, yaralananlar və həlak olanlarla bağlı yeni məlumatlar daxil olur, Kiyevin atəşə tutulması isə getdikcə güclənir.

Kliçko qeyd edib ki, hazırda şəhər üçün əsas məsələ “sağ qalmaqdır”. O, dostları və ya qohumları Kiyevdən kənarda yaşayan sakinlərə müvəqqəti olaraq şəhərdən çıxmağı düşünməyi tövsiyə edib. Bununla yanaşı, mer tam evakuasiya çağırışı etməyəcəyini vurğulayıb.

Kiyev rəhbərliyi qışa hazırlıq çərçivəsində ehtiyat istilik sistemləri qurur, yanacaq, ərzaq və içməli su ehtiyatları yaradır. Lakin Kliçkonun sözlərinə görə, hava hücumundan müdafiə sistemi zərbələri lazımi səviyyədə dəf edə bilməsə, bu tədbirlər kifayət etməyə bilər.

Mer xüsusilə su və enerji infrastrukturuna zərbələrin genişmiqyaslı böhran yarada biləcəyindən narahatlığını ifadə edib. Son həftələr Rusiya Kiyevin enerji obyektləri ilə yanaşı, Dnepr üzərindəki mühüm körpülərə də zərbələri artırıb.

Ukrayna tərəfi Rusiyanın qış ərəfəsində mülki və kritik infrastruktura hücumları gücləndirdiyini bildirir. Moskva isə öz zərbələrinin hərbi və hərbi-sənaye hədəflərinə yönəldiyini iddia edir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.