Ermənistanda Solovyovu dövlət mükafatından məhrum etmək təklif edildi

Ermənistanın Televiziya və Radio Komissiyasının sədri Tiqran Akopyan rusiyalı təbliğatçı Vladimir Solovyovun ölkəyə qarşı “xüsusi hərbi əməliyyat” çağırışlarına görə ona verilmiş "Qürur Ordeni"ndən məhrum edilməsini təklif edib.

İrəvan rusiyalı təbliğatçı Vladimir Solovyovun Ermənistanda “xüsusi hərbi əməliyyat” aparmaq çağırışlarına rəsmi reaksiyasını bildirib.

Ermənistanın Televiziya və Radio Komissiyasının sədri Tiqran Akopyan Solovyovu “Qürur Ordeni”ndən məhrum etməyi təklif edib.

Solovyov 2013-cü ilin dekabrında Ermənistan və Rusiya xalqları arasında dostluğun inkişafına verdiyi töhfələrə görə bu mükafata layiq görülmüşdü.

Akopyan açıqlamasında vurğulayıb ki, Solovyov ölkəyə və erməni xalqına davamlı təhdidlər edir və Ukraynada baş verən faciələrin təkrarlanmasını təklif edir: yüzlərlə dağıdılmış yaşayış məntəqəsi, milyonlarla məcburi köçkün, çirklənmiş təbiət, minlərlə ölüm. Onun fikrincə, belə münasibəti olan şəxs ölkənin yüksək mükafatına layiq deyil və “Qürur Ordeni”ndən məhrum edilmək ilk və vacib addım olmalıdır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.