Britaniya israilli diplomatları çıxarmağı nəzərdən keçirir

İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanmasını tələb etdikdən sonra London cavab tədbiri kimi israilli diplomatların ölkədən çıxarılmasını nəzərdən keçirir. Böhran Britaniyanın Qərb sahilindəki İsrail məskənlərinə qarşı ticarət məhdudiyyətlərindən sonra dərinləşib.

68

Böyük Britaniya İsrailin Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlamaq qərarına cavab olaraq İsrailin Londondakı səfirliyindən diplomatların ölkədən çıxarılmasını nəzərdən keçirir.

MSNews.az xəbər verir ki, “Reuters” mənbələrinə istinadən bildirir ki, London mümkün cavab tədbiri kimi İsrail səfirliyindən təxminən eyni sayda əməkdaşın çıxarılmasını müzakirə edir. Söhbət təxminən 27–30 diplomat və onların ailə üzvlərindən gedir.

İsrail sentyabrın 8-də Britaniyaya Şərqi Qüdsdəki konsulluğunu 30 gün ərzində bağlamaq barədə göstəriş verib. Qərar Britaniyanın işğal altındakı Qərb sahilində yerləşən İsrail məskənlərində istehsal olunan mallara qarşı ticarət qadağası tətbiq etmək planından sonra qəbul edilib.

Konsulluğun bağlanması üçün son tarix 8 oktyabrdır. Missiya Şeyx Cərrah məhəlləsində yerləşir və uzun illərdir Britaniyanın Şərqi Qüds, Qərb sahili və Qəzzadakı fələstinlilərlə əlaqələrini həyata keçirir. Konsulluq Qüdsdə təxminən 200 ildir fəaliyyət göstərir.

“Financial Times” yazır ki, Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell İsrailə səfər edərək qərarın ləğvi və ya təxirə salınması üçün danışıqlar aparıb. Lakin tərəflər razılığa gələ bilməyiblər.

Bununla belə, Londonun israilli diplomatları çıxarması barədə yekun qərar hələ açıqlanmayıb. “Reuters” mənbələrindən biri bildirib ki, cavab addımı ümumiyyətlə atılarsa belə, onun İsraildə oktyabrın 27-də keçiriləcək seçkilərdən sonraya saxlanılması mümkündür.

Britaniya və İsrail yaxın iqtisadi və təhlükəsizlik tərəfdaşları olaraq qalırlar. Buna görə qarşılıqlı diplomatların çıxarılması iki ölkə münasibətlərində nadir və ciddi eskalasiya olardı.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.