Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet Bakıda mətbuata bəyanatlarla çıxış ediblər.
MSNews.az xəbər verir ki, bəyanatlar Kamboca hökumət başçısının Azərbaycana rəsmi səfəri çərçivəsində səsləndirilib.
Bundan əvvəl Prezident İlham Əliyev və Baş nazir Hun Manet arasında məhdud və geniş tərkibdə görüşlər keçirilib.
Səfər çərçivəsində Kamboca Baş nazirinin rəsmi qarşılanma mərasimi də təşkil edilib. Mərasimdə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, fəxri qarovul dəstəsi dövlət rəsmilərinin qarşısından keçib və nümayəndə heyətlərinin üzvləri təqdim olunublar.