Makron dövrünün sonunda Fransa Avropanın “ən zəif halqası”na çevrilib

“Bloomberg” Fransa Prezidenti Emmanuel Makronun onillik hakimiyyətinin nəticələrini təhlil edərək ölkəni Avropanın “ən zəif halqası” adlandırıb. Agentlik siyasi parçalanma, yüksək borc və iqtisadi islahatların yarımçıq qalmasını önə çəkir.

67

Fransa Emmanuel Makronun təxminən onillik hakimiyyəti dövrünün sonunda ciddi siyasi və iqtisadi problemlərlə üzləşib və “Avropanın ən zəif halqası”na çevrilib. Bu qiymətləndirmə “Bloomberg”in Makron dövrünün nəticələrinə həsr olunmuş geniş təhlilində yer alıb.

MSNews.az xəbər verir ki, “Bloomberg” yazır ki, Makron 2017-ci ildə hakimiyyətə gələndə Fransada biznesyönümlü və Avropapərəst “iqtisadi və siyasi inqilab” vəd etmişdi. Lakin onun prezidentliyinin sonuna yaxın həmin siyasi layihənin gələcəyi qeyri-müəyyən görünür.

Agentliyin qiymətləndirməsinə görə, Makron 2027-ci ildə vəzifədən getdikdən sonra onun ətrafında formalaşmış siyasi hərəkatın əvvəlki təsirini qoruması çətin olacaq və hətta “faktiki olaraq sona çata” bilər.

“Bloomberg” xüsusilə qeyd edir ki, Makronun iqtisadi islahatları Fransanın dövlətin iqtisadiyyatda böyük rol oynadığı ənənəvi modelini əsaslı şəkildə dəyişə bilməyib. Vergi və əmək bazarı üzrə bir sıra islahatlara baxmayaraq, yüksək dövlət xərcləri və büdcə kəsiri ölkənin əsas struktur problemləri olaraq qalır.

Fransanın dövlət borcu 2026-cı ilin ortalarında ÜDM-in təxminən 119 faizinə, yəni 3,596 trilyon avroya çatıb. Bu göstərici 2019-cu ildə 97,9 faiz idi. Borcun artmasında COVID-19 pandemiyası dövründəki böyük dövlət xərcləri və 2022-ci il enerji böhranına qarşı subsidiyalar da mühüm rol oynayıb.

Son həftələrdə maliyyə bazarlarında Fransa ilə bağlı narahatlıq daha da artıb. “Reuters” yazır ki, Fransa dövlət istiqrazlarının gəlirliliyi yüksəlib, Fransa və Almaniya 10 illik istiqrazları arasındakı fərq isə avrozonanın borc böhranından bəri ən yüksək səviyyələrdən birinə çatıb. Bu proses avroya da təzyiq göstərir.

“Bloomberg”in ümumi nəticəsinə görə, Makronun layihəsi Fransanı daha biznesyönümlü və fiskal baxımdan dayanıqlı iqtisadiyyata çevirmək məqsədinə tam nail olmayıb. Eyni zamanda, siyasi sistemin parçalanması və 2027-ci il prezident seçkiləri ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırır.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.