DÇ-2026-da qrup mərhələsi başa çatıb və pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.
MSNews.az xəbər verir ki, turnirin yeni formatına əsasən, 12 qrupda mübarizə aparan 48 komandadan 32-si pley-off mərhələsinə vəsiqə qazanıb. FIFA-nın rəsmi formatına görə, hər qrupdan ilk iki yerin sahibi və ən yaxşı göstəriciyə malik səkkiz üçüncü yer komandası növbəti mərhələyə yüksəlir.
Qrup mərhələsinin son oyunlarından sonra 1/32 finalın tam siyahısı formalaşıb. Mərhələnin ilk qarşılaşmalarından biri Cənubi Afrika və Kanada arasında keçiriləcək.
DÇ-2026-nın 1/32 final cütləri belədir:
Almaniya – Paraqvay
Fransa – İsveç
Cənubi Afrika – Kanada
Niderland – Mərakeş
Portuqaliya – Xorvatiya
İspaniya – Avstriya
ABŞ – Bosniya və Herseqovina
Belçika – Seneqal
Braziliya – Yaponiya
Kot-d’İvuar – Norveç
Meksika – Ekvador
İngiltərə – DR Konqo
Argentina – Kabo-Verde
Avstraliya – Misir
İsveçrə – Əlcəzair
Kolumbiya – Qana
Turnirin 1/32 final mərhələsi bir oyunluq mübarizə formatında keçiriləcək. Əsas və əlavə vaxtda qalib müəyyənləşməsə, komandalar penaltilər seriyasına çıxacaqlar.
FIFA-nın məlumatına görə, DÇ-2026 turniri ümumilikdə 104 oyundan ibarətdir. Bu, mundial tarixində 48 komandanın iştirak etdiyi ilk turnirdir. Yeni format pley-off mərhələsinə əlavə raund — 1/32 final mərhələsini də gətirib.
Diqqətçəkən qarşılaşmalar arasında Portuqaliya – Xorvatiya, İspaniya – Avstriya, İsveçrə – Əlcəzair, İngiltərə – Konqo DR və Argentina – Kabo-Verde oyunları xüsusi maraq doğurur. Braziliya isə növbəti mərhələdə Yaponiya ilə üz-üzə gələcək.