Azərbaycan və Türkiyə ADEX-2026-da 7 sənəd imzaladı

Azərbaycan və Türkiyə ADEX-2026 çərçivəsində müdafiə sənayesi üzrə 7 sənəd imzalayıb. Sənədlər arasında Azərbaycanda ASELSAN zavodunun yaradılmasına dair ilkin razılaşma da var.

77

Azərbaycan və Türkiyə Bakıda keçirilən “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müdafiə sənayesi üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan ümumilikdə 7 sənəd imzalayıb. Ən diqqətçəkən razılaşmalardan biri Türkiyənin ASELSAN şirkətinin Azərbaycanda zavodunun yaradılmasını nəzərdə tutur.

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

İmzalanmış sənədlərdən biri müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlığı əhatə edir. Memorandum müdafiə sənayesinin ehtiyaclarına uyğun yüksəkixtisaslı mühəndis və texniki kadrların hazırlanmasını nəzərdə tutur.

Sənəd çərçivəsində ali təhsil müəssisələri, müdafiə sənayesi şirkətləri və tədqiqat mərkəzləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, tələbə və akademik heyətin mübadiləsi, birgə elmi-tədqiqat layihələri və innovativ texnologiyalar üzrə təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.

Bundan başqa, Azərbaycanın Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi ilə Türkiyənin Müdafiə Sənayesi Akademiyası arasında əməkdaşlıq haqqında anlaşma imzalanıb.

Sənədlər paketində xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanda ASELSAN zavodunun yaradılmasına dair ilkin razılaşmadır. Hələlik zavodun istehsal istiqamətləri, investisiya həcmi, yerləşəcəyi ərazi və fəaliyyətə başlayacağı tarix açıqlanmayıb.

“ADEX-2026” çərçivəsində həmçinin Türkiyənin Boğaziçi Savunma şirkəti ilə RF əsaslı sistemlərin hazırlanmasına, Kayı Savunma ilə əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb. Azərbaycanın “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC ilə Makine ve Kimya Endüstrisi (MKE) arasında strateji əməkdaşlıq, “MİRAS” ilə OTOKAR arasında isə logistika dəstəyi üzrə əməkdaşlıq müqaviləsi bağlanıb.

Beləliklə, razılaşmalar təkcə silah və hərbi texnikanın tədarükünü deyil, Azərbaycanda istehsal imkanlarının inkişafı, texnologiya və elmi-tədqiqat əməkdaşlığı, eləcə də peşəkar kadr hazırlığı istiqamətlərini əhatə edir.

Qeyd edək ki, “ADEX-2026”da ən geniş təmsil olunan xarici ölkə Türkiyədir. Sərgiyə ümumilikdə 39 ölkədən 59 xarici nümayəndə heyəti qeydiyyatdan keçib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.