Britaniyalı alimlər inqilabi gel hazırladılar

Böyük Britaniya alimləri diş minasını bərpa edən yeni gel hazırlayıblar. Karieslə mübarizədə inqilabi sayılan bu texnologiya zədələnmiş mina qatını tədricən bərpa edərək dişləri təbii vəziyyətinə qaytarır və yaxın zamanda satışa çıxarıla bilər.

76

Böyük Britaniyada Nottingem Universitetinin əczaçılıq fakültəsi və kimya-ekoloji mühəndislik kafedrasının alimləri diş minasını bərpa edən və regenerasiyanı sürətləndirən xüsusi gel hazırlayıblar.

Tədqiqatçılar bu yeniliyi karieslə mübarizədə mühüm dönüş nöqtəsi kimi qiymətləndirirlər.

Yeni gelin əsas xüsusiyyəti onun asan və tez tətbiq olunmasıdır. Mütəxəssislər bildirirlər ki, maddə zədələnmiş mina qatını tədricən bərpa edərək dişi təbii vəziyyətinə qaytarır:

“Biz çox həyəcanlıyıq, çünki texnologiya həkimlərin və pasiyentlərin real ehtiyaclarına uyğun hazırlanıb,” – layihənin müəlliflərindən biri qeyd edib.

Alimlərin sözlərinə görə, innovativ məhsulun ilk kommersiya nümunəsi gələn il satışa çıxarıla bilər. Bu isə stomatologiyada uzun illərdir mövcud olan karies probleminin həllində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Bu gelin geniş tətbiqi dünya üzrə milyonlarla insanın müalicə prosesini asanlaşdıra bilər.

MS-News.az