Cənubi Afrika Respublikası DÇ-2026-nın “A” qrupunda Cənubi Koreyanı məğlub edərək tarixi uğura imza atıb.
MSNews.az xəbər verir ki, Cənubi Afrika Cənubi Koreya üzərində 1:0 hesablı qələbə qazanıb. Bu nəticə ilə komanda dünya çempionatları tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib.
Matçın taleyini ikinci hissədə vurulan qol həll edib. 63-cü dəqiqədə Tapelo Maseko fərqlənərək Cənubi Afrikaya vacib qələbə qazandırıb.
Cənubi Koreya oyunda topa daha çox nəzarət etsə də, hücumda istədiyi effektivliyi göstərə bilməyib. Komandanın kapitanı Son Heung-min ikinci hissədə meydana daxil edilib, lakin bu dəyişiklik hesabı dəyişmək üçün kifayət etməyib.
Cənubi Afrika müdafiədə intizamlı çıxış edib və oyunun son dəqiqələrində Koreyanın təzyiqinə tab gətirib. Aubrey Modibanın qapı xəttindən topu çıxarması matçın əsas epizodlarından biri kimi qiymətləndirilib.
Bu qələbədən sonra Cənubi Afrika “A” qrupunu ikinci pillədə tamamlayıb. Komanda 1/16 finalda Kanada ilə qarşılaşacaq.
Cənubi Koreya isə qrup mərhələsini 3 xalla başa vurub. Komanda pley-offa yüksəlmək üçün ən yaxşı üçüncü yer sahibləri siyahısındakı nəticələri gözləməli olacaq.