Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər.
MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada birgə nahar ediblər.
Birgə nahar Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində baş tutub.
Səfər çərçivəsində dövlət başçıları Şuşada bir sıra mədəni və tarixi məkanlarla tanış olublar.
Həmin gün Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu yola salıb.




