İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar

Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.

14

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.

MSNews.az xəbər verir ki, bu barədə “President.az” məlumat yayıb. Bildirilib ki, iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində olublar.

Dövlət başçıları burada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.

Sərgidə Ümummilli Lider Heydər Əliyevin Qarabağın siyasi, iqtisadi, sosial və mədəni inkişafındakı xidmətlərini əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur.

Ekspozisiyada Ulu Öndərin vaxtilə Qarabağa səfərlərinə, keçirdiyi müxtəlif görüş və tədbirlərə aid fotolar da yer alıb. Sərgi 1969-cu ildən başlayaraq Qarabağ və Şərqi Zəngəzurun tarixində başlanan böyük dönüş dövrünü ziyarətçilərə təqdim edir.

Məlumata görə, sərgidə Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən “İz” filmi də nümayiş olunur.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930