Pistorius Hörmüz böhranında Trampı ittiham etdi

Almaniyanın müdafiə naziri Boris Pistorius Hörmüz boğazı ətrafındakı böhrana görə ABŞ Prezidenti Donald Trampı tənqid edib və boğazdan təhlükəsiz keçidin Avropanın marağında olduğunu bildirib.

16

Almaniyanın müdafiə naziri Boris Pistorius Hörmüz boğazı ətrafındakı böhranla bağlı ABŞ Prezidenti Donald Trampı tənqid edib.

MSNews.az xəbər verir ki, “N-TV” Pistoriusun ARD telekanalının “Bericht aus Berlin” proqramında çıxışına istinadən məlumat yayıb. Nazir bildirib ki, “Hörmüz boğazındakı şüşənin tıxacı Donald Tramp tərəfindən içəri itələnib”.

Pistoriusun sözlərinə görə, Almaniya və Avropa tərəfi bu “tıxacı” yenidən çıxarmaqda maraqlıdır. O vurğulayıb ki, Hörmüz boğazının açılması və ya ən azı oradan təhlükəsiz keçidin təmin olunması Avropanın enerji təchizatı və iqtisadi bərpası üçün vacibdir.

Nazir eyni zamanda mümkün hərbi iştirakla bağlı ehtiyatlı mövqe sərgiləyib. Onun sözlərinə görə, Almaniya Silahlı Qüvvələrinin bölgədə mümkün missiyası üçün beynəlxalq hüquqi çərçivə, Bundestaqın mandatı və xüsusilə İranla Omanın razılığı tələb olunur.

“Reuters” daha əvvəl Almaniyanın Hörmüz boğazı istiqamətində mümkün minatəmizləmə missiyasına hazırlıq məqsədilə iki hərbi gəmini Qırmızı dəniz bölgəsinə göndərdiyini yazmışdı. Berlin mümkün əməliyyatın yalnız diplomatik danışıqların nəticəsindən sonra gündəmə gələ biləcəyini bildirir.

Hörmüz boğazı qlobal neft və qaz daşımaları üçün əsas keçidlərdən biri hesab olunur. Bölgədə gərginliyin artması enerji bazarları və beynəlxalq gəmiçilik üçün ciddi risk kimi qiymətləndirilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930