“Polymarket” platformasında Braziliya-Haiti oyunu ilə bağlı milyonlarla dollarlıq proqnoz diqqət çəkib.
MSNews.az xəbər verir ki, “PolymarketSport” hesabının paylaşımına görə, “supersob” adlı istifadəçi Braziliya-Haiti matçında ümumi qolların sayının 4-dən az olacağına 2,9 milyon dollar məbləğində mərc edib.

Qarşılaşma Braziliyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə oyunda ümumilikdə cəmi 3 qol vurulub və istifadəçinin proqnozu doğru çıxıb.
Braziliya millisinin heyətində Mateus Kunya dubl edib, Vinisius Junior isə bir qol vurub. Haiti bu məğlubiyyətdən sonra turnirdə pley-off şansını itirib.
“PolymarketSport” paylaşımında qeyd olunub ki, bu proqnozun uğurlu olması nəticəsində istifadəçiyə 5 962 235,77 dollar ödəniş düşüb. Bunun ümumi ödəniş olduğu nəzərə alınarsa, 2,9 milyon dollarlıq qoyuluş çıxıldıqdan sonra xalis qazanc təxminən 3,06 milyon dollar təşkil edir.
“Polymarket” ənənəvi bukmeker platformasından fərqli olaraq, istifadəçilərin müxtəlif hadisələrin nəticələri üzrə proqnoz bazarlarında mövqe açdığı platforma kimi fəaliyyət göstərir. Dünya Kuboku oyunları da platformada ən çox diqqət çəkən bazarlardan birinə çevrilib.