Paşinyan qayıdış məsələlərinin müzakirə olunmadığını dedi

Ermənistanın Baş naziri Nikol Paşinyan azərbaycanlıların Ermənistana, ermənilərin isə Qarabağ və Azərbaycanın digər bölgələrinə qayıdışı məsələsinin Bakı ilə müzakirə olunmadığını bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan azərbaycanlıların Ermənistandakı tarixi yaşayış yerlərinə, eləcə də ermənilərin Azərbaycan ərazisindəki keçmiş yaşayış məntəqələrinə qayıdışı məsələsinin Bakı ilə danışıqlarda müzakirə olunmadığını bildirib. Paşinyan hökumət iclasından sonra keçirdiyi brifinqdə deyib ki, tərəflər nə azərbaycanlıların Ermənistana qayıdışını, nə də Qarabağ ermənilərinin, Bakı ermənilərinin və digər yerlərdən olan ermənilərin qayıdışını müzakirə edir.

Bu barədə Ermənistanın dövlət agentliyi “Armenpress” məlumat yayıb.

Paşinyanın sözlərinə görə, bu mövzuların hər iki istiqamətdə gündəmə gətirilməsi mövcud siyasi vəziyyətə “təxribatçı təsir” göstərir və tərəflər arasında gərginliyi artırır. O, qayıdış məsələlərinin eyni siyasi qüvvələr tərəfindən gündəmdə saxlanıldığını iddia edib və bunu “ucuz siyasi spekulyasiya” adlandırıb.

Ermənistan baş naziri daha əvvəl də Qarabağa qayıdış gündəminin saxlanılmasını “məhsuldar olmayan” yanaşma kimi qiymətləndirmişdi. Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proqramını təqdim edərkən “artıq kimin harada yaşadığını və hansı əmlakın kimə məxsus olduğunu araşdırmamağa” çağırmış və “bu məsələni bağladıqlarını” bildirmişdi.

Paşinyan son çıxışlarında Ermənistan cəmiyyətinə “Van, Muş, Qarabağ və Naxçıvana qayıdış” ideyasından imtina etməyə çağırıb. Onun sözlərinə görə, belə düşüncə davam edərsə, Ermənistan “vətən” yox, “tranzit məntəqə” kimi qəbul ediləcək. Paşinyan bildirib ki, hazırkı siyasi proses Ermənistanın “dayanacaq” deyil, “son məkan” kimi qəbul olunmasına yönəlib.

“OC Media” yazır ki, Paşinyan “Qərbi Azərbaycan” narrativini Ermənistan üçün ərazi iddiası kimi qiymətləndirir və eyni zamanda, Qarabağ ermənilərinin geri qayıdış gündəminin saxlanılmasını “Qarabağ hərəkatının yenidən başlanması” kimi təqdim edir.

Beləliklə, Paşinyanın son bəyanatları İrəvanın qarşılıqlı qayıdış məsələlərini hazırkı sülh gündəliyinin bir hissəsi kimi müzakirə etmək istəmədiyini göstərir. Azərbaycan tərəfi isə Qərbi Azərbaycan icmasının hüquqlarını, o cümlədən indiki Ermənistan ərazisindən deportasiya edilmiş azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışını humanitar və hüquqi məsələ kimi gündəmdə saxlayır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.